Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ötən ilin əvvəlindən abunəçilərin internet sürəti və kəsintilərlə bağlı qarşılaşdığı problemin aradan qaldırılması məqsədilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.
Mynews.az xəbər verir ki, bu barədə BTRİB-dən bildirilib.
Məlumata əsasən, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib:
“BTRİB-in daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılımış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir”.
Qurumdan onu da bildiriblər ki, dəyişkən hava şəraiti ilə əlaqədar rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların qarşısını almaq üçün hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellərküləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub