"WhatsApp" messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib.
Milli.Az ICTnews-a istinadən xəbər verir ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub.
Belə ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.
Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni "@" işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.
Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.
Yeni "WhatsApp" funksiyalarından "Android" və "iOS" mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub