USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

WhatsApp yeni dəyişiklik etdi

10:48 11.03.2017
WhatsApp yeni dəyişiklik etdi
10:48 11.03.2017

WhatsApp status funksiyası ilə bəzi istifadəçi kütləsindən mənfi reaksiya alan şəbəkə “Android” versiyası üçün bir yenilənmə daha edib. WhatsApp Android versiyası üçün paylaşılan yenilənmədə gözəçarpan ilk dəyişiklik söhbət ekranında olub.

Əvvəlki versiyada əlavə göndərməyinizə şərait yaradan funksiyanın işarəsi söhbət pəncərəsinin üst hissəsində idi. Ancaq bu yenilənmə ilə həmin işarə yazı yazdığımız sahəyə köçürülüb. Beləliklə, yazışma içinə əlavələr etmək çox daha asan bir hala gəldi. Digər dəyişiklik isə WhatsApp Status funksiyası ilə silinən yazılı statuslar bu yenilənmə ilə geri gəldi. Artıq kontakt siyahınızın alt hissəsində əvvəllər olduğu kimi bir status yazıla biləcək ancaq bu status hissəsinin adı “haqqımda” olaraq dəyişdirildi.

 

 

 

Xəbər lenti