Amerikada bir məhkəmə Cənubi Koreya firması "Samsung Electronics"i "Apple"ın original "İPhone" modelinin xüsusiyyətlərini təkrarlamaqdan 539 milyon dollar təzminata məhkum etdi.
Mynews.az xəbər verir ki, iki şirkət arasındakı münaqişə 2011-ci ildə "Apple"ın "Samsung"u patenti özündə olan telefon xüsusiyyətlərini oğurlamaqda günahlandırması ilə başlayıb. Məhkəmə 1 il sonra "Samsung"u "Apple"a 1.05 milyard dollar təzminat ödəməyə məhkum edib. Bundan sonra da rəqib şirkətlər arasında təzminatın miqdarı üzərində bir mübarizə başlayıb. Son məhkəmə qərarında 539 milyon dollarlıq təzminatın 533 milyon dolları "Apple"a aid 3 dizaynın patentinin oğurlanması, qalan miqdara da yenə patenti alınmış telefon funksiyalarının koplayanması hökmləriylə nəticələnib. "Apple" yazılı bir açıqlama ilə münsiflərin sonda "məhsullarımızın kopyalanmasının bədəlinin ödəməsinə" qərar verməsindən duyduğu məmnunluğu bildirib.
Şirkətin açıqlamasında "Bu əvvəlindən etibarən puldan daha öndə olan bir dava idi" deyə qeyd edilib. "Apple"da çalışan çoxsaylı insanın əməyi və yaradıcılığının" qorunmasının da çox önəmli olduğu açıqlanıb. Buna qarşılıq olaraq "Samsung" qərarın "Apple" üçün bir zəfər olduğunu qəbul etmir. Şirkət yenidən etraz edə bilər. Belə ki, "Samsung"un əvvəldən iddiası ödəniləcək təzminatın, əsasən də "Samsung" məhsullarının "Apple" patenti çərçivəsinə girən xüsusiyyətlərindən edilən gəlirlə əlaqələndirilməsinə görə sadəcə 28 milyon dollar olmalı olduğudur.
"Apple" isə təzminat tələbini bütün "İPhone" gəliri üzərindən hesablamış və başlanğıcda 2.5 milyard dollar tələb edib. Texnoloji analiz şirkəti "IDC"-dən Kiranjeet Kaur "Samsung"un son miqdara da etiraz etmə tələbinin ehtimal olunduğunu bildirib. Kaura görə, nəticə "Samsung"un da istədiyi kimi deyil çünki təzminat miqdarından da başqa dizaynların kopyalandığını qəbul etmir. Bu Kaura görə, əslində iki şirkəti aşan bir işdir və daha kiçik şirkətlərə, xüsusilə də ABŞ bazarlarında patent qanunpozuntuları ilə bağlı ciddi bir xəbərdarlıqdır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub