Rusiyada bu ilin sonuna qədər facebook bağlana bilər.
Metbuat.az xəbər verir ki, bunu ölkənin "Roskomnadzor" nəzarətedici orqanının rəhbəri Aleksandr Jarkov bildirib. O qeyd edib ki, milyonlarla istifadəçisi olan sosial şəbəkənin Rusiyanın daxili qanunlarını pozması ilə əlaqədar monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı aşkarlanacaq qanunsuzluqlara görə facebook külli miqdarda cərimələnə bilər.
Onun sözlərinə görə, şəbəkədə qlobal problemlər əsassız şəkildə yayılır. “Bu, ciddi məsələdir. Qaydalara riayət edilmədiyi təqdirdə, müqaviləyə birtərəfli son veriləcək. Əgər facebook rəhbərliyi Rusiya qanunlarına məhəl qoymazsa, o zaman bu ilin sonunda ölkə daxilində şəbəkənin fəaliyyəti dayandırılacaq”, - deyə Aleksandr Jarkov vurğulayıb.
Xatırladaq ki, bu ilin aprelində Rusiyanın Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasının qarşısını almaq məqsədilə ümumilikdə 50 milyon rubl cərimə tətbiq edib.
1
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum etdi
1024 dəfə oxunub
2
Kirayə qalanlar bu xəbəri mütləq oxusun - 300 manat cərimələnə bilərsiniz
998 dəfə oxunub
3
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
943 dəfə oxunub
4
“Kaş həmin gün anamla bərabər mən də ölərdim” - Könülün qızının sarsıdıcı etirafı - VİDEO
901 dəfə oxunub
5
O ali məktəbə daxil olmağa hazırlaşırdı - Yarım qalan ömür
876 dəfə oxunub