"WhatsApp" messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.
Artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.
Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.
"WhatsApp"da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq "iOS", daha sonra "Android" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.
yenicag.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub