Tezliklə "Google" şirkətinin populyar "Gmail" poçt xidməti yeni funksional imkanlara malik olacaq.
Axtarış nəhəngi məlumat verib ki, indi tərtibatçılar genişlənmələri yalnız "Chrome" brauzeri üçün deyil, birbaşa "Gmail" üçün yarada bilərlər. Yeni funksiya ilk öncə korporativ seqmentə hədəflənəcək. "Google" artıq "Intuit", "Salesforce" və "Prosperworks" ilə əməkdaşlıq edir.
İstiPress xəbər verir ki, "Gmail" poçt xidməti üçün genişlənmələr məzmundan asılı olduğuna görə hər bir konkret məktubun tərkibindən asılı olaraq görünə və ya görünməyə bilər. Hazırda bu genişlənmələr yalnız ön baxış üçün əlçatandır. Məsələn, "Intuit" genişlənməsi istifadəçilərə "Gmail" poçt xidmətində tez və asan formada qəbzlər yaratmağa imkan verir.
Gözləntilərə görə, vaxt keçdikcə yalnız müəssisələrə deyil, həm də adi istifadəçilərə hədəflənmiş daha çox genişlənmə əlçatan olacaq.
Qeyd edək ki, hələ ki "Gmail" üçün genişlənmələrə giriş əldə etmək üçün şirkətlər "Google" ilə əlaqə saxlamalıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub