Əvvəlcədən planlaşdırıldığı kimi Xiaomi şirkəti bugün Mi Max 3 smartfonunu (fablet) təqdim etdi. Yeni smartfon böyük ekran və batareya həcmi, heç də pis olmayan prosessor və istifadəçi üzü skanı texnologiyasını əldə edib. Smartfonun texniki özəllikləri barəsində məlumatlar təqdimatdan bir neçə müddət öncə internetdə yayılmışdı.
Mynews.az bildirir ki, bugünki təqdimatda isə şirkət onları təsdiqlədi. Beləliklə Xiaomi Mi Max 3 18:9 nisbətli 6.9 inç Full HD+ ekran, 8 nüvəli Snapdragon 636, Adreno 509 GPU qrafik çipi, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), sürətli enerji yığma özəllikli 5500 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub.

Bununla yanaşı smartfonun ön kamerasında süni zəka texnologiyasından istifadə olunur. Onun sayəsində ön kamera 206 sayda fərqli çəkiliş süjetini təyin edərək hər biri üçün uyğun çəkiliş rejimini təqdim edir. Ön kamera həmçinin istifadəçinin üz skanı texnologiyasını dəstəkləsə də, cihazın arxa panelində əlavə olaraq barmaq izi skanı texnologiyası da var. Xiaomi Mi Max 3 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 250$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 295$-a satılacaq. Smartfonun satışlarına sabahdan start veriləcək.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub