Sosial şəbəkələr böhran yaşayır, populyar platformalar loyal auditoriyalarını itirirlər və əgər istifadəçilər “Facebook”u şəxsi məlumatların ötürülməsi ilə bağlı qalmaqala görə tərk edirlərsə, “Snapchat” proqram təminatı dizaynının dəyişməsinə görə tərk edilir.
Mynews.az xəbər verir ki, bu ilin birinci rübü ilə müqayisədə, ikinci rübdə Avropada “Facebook” istifadəçilərinin sayı 3 milyon – 279 milyon nəfərədək azalıb.
Analitiklərin proqnozlarına görə, ilin sonunadək 25 yaşadək üç milyondan çox insan “Facebook”u tərk edəcək.
İyulda “Snapchat” – yoxa çıxan foto və videoməlumatların mübadiləsi servisi maliyyə hesabatını təqdim edərkən, şirkət tarixində ilk dəfə auditoriyanın azalması ilə qarşılaşdığı bəlli oldu.
Belə ki, ilin birinci rübündə “Snapchat” istifadəçilərinin sayı 191, ikinci rübdə isə 188 mln. nəfər təşkil edib. İnsanların “Snapchat”a marağının azalmasının əsas səbəbi kimi proqram təminatının yeni dizaynı göstərilir
“Twitter” də istifadəçilərinin sayını azaldığını bildirib – birinci rübdə 336 milyon nəfər olan istifadəçi sayı ikinci rübdə 335 milyon nəfər təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub