Cinayətkarlar məşhur “Viber” messencerinə oxşar casus proqram təminatı vasitəsilə “WhatsApp” sosial şəbəkəsindən istifadəçilərin foto və sənədlərini oğurlayır.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı ESET şirkəti xəbərdarlıq yayıb.
Yalançı “Viber” cihazın Android bazasına hücum edir. Təhlükəni şirkətin təhlükəsizlik üzrə mütəxəssisi Lukas Stefanko aşkarlayıb. Məlumatlara görə, saxta “Viber” proqramını 500 milyondan çox istifadəçi yüklədiyi üçün ona 4,3 qiyməti verilib və “Google Play”də orijinal proqram kimi qeyd edilib.
Smartfonda və ya planşetdə proqram quraşdırılarkən əlaqələrə, zənglərə, mesajlara audiofayllara və SD-karta giriş hüququ qadağan olunur. Bununla da, proqram “WhatsApp” və “WeChat” vasitəsilə göndərilən bütün fotoları və yüklənən faylları ələ keçirə bilir.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər “Google Play” vasitəsilə orijinal proqramların köçürülməsi ilə bağlı xəbərdarlıq ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub