Parolları dərhal dəyişin
“ESET” şirkətinin mütəxəssisləri “İnstagram”dan istifadəçi məlumatlarını oğurlayan 13 zərərli tətbiqi aşkar ediblər. Sözügedən tətbiqlər guya, “İnstagram”dakı izləyici, bəyənmə və şərh sayını artırmaq üçün nəzərdə tutulub.
İstifadəçilər isə bu ümid ilə həmin tətbiqləri yükləyiblər. Siyahıdakı tətbiqlərdən hər hansı birini yüklədikdən sonra istifadəçi öz login və şifrəsini, tətbiqdə qeyd edib heç nədən şübhələnmirdi.
Həmin məlumatlar isə hakerlərə sadə mətn formatında çatırdı. Sözügedən virus “Android /Spy.Inazigram” adını alıb. Lakin məsələ burasındadır ki, istifadəçi öz login və şifrəsini düz qeyd etsə belə, tətbiq onun səhv olduğunu bildirir.
Bu, onunla əlaqədardır ki, “İnstagram” istifadəçiyə, planlaşdırılmamış giriş barədə xəbər verir.
İstifadəçi isə öz növbəsində, “İnstagram”da şübhə yaratmamaq üçün hakerlərin adından öz məlumatlarını təsdiqləyir.
Mütəxəssislər qeyd ediblər ki, sözügedən tətbiqləri, əsasən, “İnstagram” səhifələrinin izləyici sayını qaldıran saytlar yükləyiblər.
Hack olunmuş istifadəçi səhifələrinin vasitəsilə digər istifadəçilərə spam göndərilir və izləyici, bəyənmə və şərh artırma paketləri satılır.
Hazırda sözügedən tətbiqlər, “Google Play”dən pozulub. Əgər siz siyahıdakı tətbiqlərdən hansınısa yükləmisinizsə, onda dərhal öz “İnstagram” istifadəçisinin şifrəsini dəyişin.
Texnologiya
- "Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı - FOTOLAR
- “Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu - FOTOLAR
- “Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
- “Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı
- Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ 1259 dəfə oxunub
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO 1202 dəfə oxunub
- Məşhur aparıcının sümükləri əriyir 1188 dəfə oxunub
- Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir - İlham Əliyev 1116 dəfə oxunub
- Son dəqiqə! Fulya Öztürk canlı yayımda hücuma məruz qaldı - ANBAAN VİDEO 1111 dəfə oxunub