Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər "WhatsApp" messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcək.
Mynews.az xəbər ki, "WhatsApp"ın tərtibatçıları messenceri yeniləməyə qərar verib. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar edilib.
"WhatsApp"ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər "Google" və "WhatsApp" arasında imzalanmış sazişin bir hissəsidir.
Məsələ ondadır ki, "Google Drive"in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto, video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, "Google Drive" xidmətinə müdaxilə zamanı "WhatsApp" messencerinin şəxsi məlumatları ələ keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub