Məlumatların qorunması üzrə İrlandiya komissiyası 50 milyon Facebook istifadəçisinin məlumatlarının oğurlanmasından sonra şirkətə qarşı istintaqa start verdiyini bildirdi. Avropa Birliyinin bu nizamlayıcı orqanı sosial şəbəkənin bu ilin May ayında qüvvəyə minmiş Məlumtların qorunması üzrə ümumi reqlament (GDPR) qanununun qaydalarına əməl olunmasını yoxlayacaq. İstintaq çərçivəsində komissiya emal olunan özəl məlumatların təhlükəsizliyi üçün şirkət tərəfindən olan texniki və təşkilati tədbirlərə əməl olunub-olunmaması yoxlanılacaq.
Mynews.az technote.az-a istinadən bildirir ki, Facebook isə öz növbəsində daxili istintaqını davam etdirir və istifadəçilər üçün yarana biləcək potensial riskləri aradan qaldırmağa çalışır. Qeyd etmək lazımdır ki, 50 milyon Facebook istifadəçisinin məlumatlarını oğurlamış hackerlər kənar saytların məlumatlarını əldə edə bilməyiblər. Yəni Facebook hesabı ilə digər servislərə daxil olan istifadəçilərin həmin servislərdəki məlumatları toxunulmaz olaraq qalıb. Əgər komissiya Facebook-un əleyhinə qərar çıxartsa, şirkət 1.6 milyard dollar cərimə ödəməli olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub