"WhatsApp" bu ilin əvvəlindən bəzi məşhur əməliyyat şəbəkələrinin dəstəyindən imtina edəcək.
Mynews.az "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında messencerin komandası bildirib.
Qeyd olunur ki, dəyişikliklər 1999-cu ildə yaradılmış "Nokia Series 40" əməliyyat sistemli telefonlara aid olacaq. 2012-ci ildə "Nokia S40"ın müxtəlif seriyaları ilə dünyada bu mobil qurğuların miqdarı 1,5 milyarddan çox olub.
Bundan başqa, 2020-ci ilin 1 fevralından bu dəyişiklik "Android 2.3.7" versiyalı smartfonlara da aid olacaq. "WhatsApp" həmin versiyalı telefonlarda da fəaliyyət göstərməyəcək.
Məlumata görə, "WhatsApp" daha köhnə, həmçinin "iOS 7" versiyalarının da dəstəyindən imtina edəcək.
Qeyd edək ki, bu ildən "WhatsApp" mesajlaşma sistemində reklamların nümayişinə də başlanılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub