"WhatsApp"ın aylardır gizli saxladığı daha bir super özəlliyi ortaya çıxdı.
Milyarda yaxın insanın istifadə etdiyi ani mesajlaşma sistemi ilin ilk yeniliyini təqdim etməyə hazırlaşır. Bəs bu yenilik nədən ibarətdir?
Söhbət təhlükəsizliyin təminatının gücləndirilməsindən gedir. Sfera.az xəbər verir ki, artıq "WhatsApp" istifadəçisi özünün barmaq izi ilə danışıqlarına baxa biləcək. Bu əlavə isə "tənzimləmələr" bölməsində yer alacaq. Bunun üçün adçəkilən bölmədəki "gizlilik" kateqoriyasında xüsusi düymə yerləşdiriləcək.
Bu tədbiqin icrası başladıqdan sonra hər hansı telefona qoyulan kod sındırılsa belə, istifadəçisinin barmaq izini verməyən "WhatsApp"a girə bilməyəcəklər. Bu da bəzi kişiləri xilas edəcək. Belə ki, bundan sonra onların yazışmalarını həyat yoldaşları və sevgililəri oxuya bilməyəcək.
Yeniliyin hələlik beta versiyada istifadə ediləci gözlənilir.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub