“WhatsApp”ın yaradıcıları messencerdə yalan informasiyaların yayılmasının qarşısını almaq üçün daha bir qadağa tətbiq edib.
Bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq.
Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, “istifadəçini kim qruplara əlavə edə bilər” bölümündə “telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim” deyə seçim imkanı yaranacaq. İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsivə ya əlavə edilməsi imkanı yaradılacaq.
Xatırladaq ki, bir müddət öncə Hindistanda “WhatsApp” vasitəsilə uşaqların oğurlanması barədə yayılan yalan xəbərlər qarışıqlığa səbəb olmuşdu. “WhatsApp” vasitəsi ilə şəkilləri yayılmış “uşaq oğruları” küçələrdə insanların hücumuna məruz qalmışdılar.
Bu hücumlar nəticəsində bir-neçə günahsız insan öldürülmüşdü. Bu hadisələrdən sonra Hindistan hökuməti “WhatsApp” rəhbərliyinə müraciət edərək, yalan informasiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub