Ölkədə təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” ADA Universitetində təşkil edilən “ADA Innovation Awards 2019” mükafatının keçirilməsinə növbəti dəfə dəstək olub. İdeyanın əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaqdır. Müsabiqənin yekun mükafatlandırma mərasimi mayın 24-də baş tutacaq. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı, 2018-2019-cu tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu alacaqlar.
Qeyd edək ki, dörd il əvvəl ADA Universitetinin rektoru Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə təsis edilən ADA İnnovasiya Mərkəzi tələbələr arasında innovativ düşüncə tərzi və sahibkarlıq ruhunu artırmaq məqsədi ilə yaradılıb.
“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub