Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai internet" şəbəkəsi istifadəyə verilib.
Mynews.az bildirir ki, artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.
xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində bildirilib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin "Huawei" şirkəti tərəfindən zəruri avadanlıqla (Access Point) təmin edilib. Həmin ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın "Ağ Şəhər" ərazisi də "İctimai internet" şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.
// AZƏRTAC
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub