“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə təmin etməkdir.
Qeyd edək ki, “Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə, bütün sosial media kanallarında “Nar” loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub