“Nar” abunəçiləri üçün 1 iyul 2021-ci ildən etibarən "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir. Bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan və 1 iyul 2021-ci ildən etibarən yeni qoşulan vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmətin aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. “Nar” abunəçiləri “Asan İmza” xidmətini mövcud olan mobil nömrələrində aktivləşdirə bilərlər və bu zaman yeni nömrə əldə etməyə ehtiyac yoxdur. Sadəcə “Nar” Xidmət mərkəzlərinə yaxınlaşaraq, “Asan İmza” xidmətini dəstəkləyən “SIM” kart almaq üçün mövcud nömrənin dublikatını əldə etməlidirlər. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birlikdə bu qərarı verib.
İstifadəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanacaq və fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar.
Qeyd edək ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.
Xatırladaq ki, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə də qərar qəbul edilib. Bu xidmətin aktivləşdirilməsi isə 18 AZN təşkil edirdi.
“Nar” abunəçiləri ətraflı məlumatı https://www.nar.az/asanimza/ internet səhifəsindən əldə edə və ya “1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək, eləcə də [email protected] elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.