“Nar+” tətbiqi yeniləndi!

1930
“Nar+” tətbiqi yeniləndi!

Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinə abunəçilərin rahatlığı üçün yeni funksiyalar əlavə edilib. Belə ki, istifadəçilər artıq “mənə zəng et” və “pul sorğusu” əməliyyatlarını əlavə SMS göndərmək ehtiyacı olmadan, tətbiq üzərindən asanlıqla yerinə yetirə biləcəklər. Bunun üçün ana səhifədən “kömək üçün sorğu” bölməsinə daxil olub lazım olan sorğu növünü seçərək qarşı tərəfin nömrəsini daxil etmək kifayətdir. 

Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Bu tətbiqlə abunəçilər tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilərlər. Qeyd edək ki, ötən illə müqayisədə tətbiqdən yararlanan “Nar” abunəçilərinin sayı 80% artıb.

Yenilənmiş “Nar+” tətbiqini AppStorePlayStore-dan yükləmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 99,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər lenti