Azərbaycanın bölgələrinə xüsusi diqqətilə seçilən “Nar”ın növbəti mağazası Ağcəbədi şəhərində xidmətə başladı. Yeni konsepsiyalı mağazada müştərilər “Nar” xidmətlərinə daha rahat qoşula və müxtəlif abunə əməliyyatlarını həyata keçirə bilir.
Müştəri yönümlü biznes siyasətindən çıxış edərək, “Nar” bütün ölkə boyunca mağazalarını yeniləyir və yeni mağazalar istifadəyə verir. Bu mağazalarda yalnız abunə xidmətləri göstərilmir, eləcə də telefon və aksesuar satışı həyata keçirilir. Vahid konsepsiya ilə yenilənən “Nar” mağazaları harada olmasından asılı olmayaraq hər ziyarətçiyə eyni proseduru və sorğu cavablandırmasını təqdim edir.
Qeyd edək ki, ötən ildən başlayan mağazaların yenilənmə prosesi 2022-ci ildə də davam edəcək. Yenilənəcək mağazaların mütləq əksəriyyəti bölgələri əhatə edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub