“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinə qatılıb. “Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi şəhid yadigarlarının gələcəyinə töhfə vermək, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Mobil operator düşərgənin 4-cü həftəsində uşaqlar üçün mobil rabitə ilə bağlı interaktiv təlim təşkil edib.
“Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov tərəfindən keçirilən təlimdən sonra uşaqlar müzakirəyə qoşulub və bu sahə ilə bağlı onların sualları cavablandırılıb.
Şəhid övladlarına dəstəyin vacibliyini diqqətə çatdıran Əziz Axundov: “”Nar” olaraq bizim üçün xüsusi əhəmiyyətə malik olan bu layihənin bir parçası olmaqdan qürur duyur, uşaqların düşərgə zamanı əldə etdikləri təcrübələrin onların şəxsi inkişafına böyük töhfə verəcəyinə inanırıq”, - deyə qeyd edib.
“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub