3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə eşitmə məhdudiyyətli uşaqlar üçün inkluziv kukla teatrı tamaşası təşkil olundu. Nağılçı və bloqqer Aytac Qəmbərovanın səhnələşdirdiyi tamaşa həm eşitmə və nitq məhdudiyyətli uşaqlar, həm də tədbirə qoşulan digər uşaqlar tərəfindən böyük maraqla izlənilib. Jest dili pedaqoqunun iştirakı ilə baş tutan tədbirdə 50-dən çox uşaq yer alıb. Tədbirin əsas məqsədi əyləncə və sosiallaşma yolu ilə uşaqlara qarşılıqlı qayğı hissini aşılamaq olub. Tamaşa “Libraff” kitab mağazasının uşaq oxu zalında keçirilib.
Qeyd edək ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətidir. “Bu Dünyanı Nağıl Edək” layihəsi çərçivəsində baş tutan tamaşanın video çarxı bütün uşaqların izləməsi üçün jestdili.az saytında yerləşdiriləcək.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub