“Nar” Müştəri Xidmətləri artıq KOBİA-da

"Nar" Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verdi. Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında “Nar” müştəri xidmətləri məntəqəsinə yaxınlaşaraq, “ASAN İmza” xidmətinə qoşula bilir.
Yeni xidmət məntəqəsi bütün “Nar” müştəriləri üçün xidmətə açıqdır. Eynilə, “Nar” Mərkəzlərində olduğu kimi, KOBİA-da fəaliyyət göstərən xidmət məntəqəsi də hər bir müştəri sorğusunu qeydə alır və abunə əməliyyatlarını yerinə yetirir, həmçinin mövcud xidmətlər haqqında məlumat təqdim edir.
Xidmət məntəqəsi KOBİA-nın binasında – Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə yerləşir. İş saatları, KOBİA-nın iş saatlarına müvafiq olaraq, həftəiçi saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Nahar fasiləsi saat 13:00-dan 14:00-a kimidir. Həftəsonları isə qeyri-iş günüdür.
“Nar” müştəriyönümlülük siyasətinə uyğun olaraq, abunəçiləri üçün ünsiyyəti rahat və əlçatan etmək üçün ən müasir standartlara cavab verən “Nar” Müştəri Xidmətləri Mərkəzlərinin sayını artırmaqda davam edir. Siz ən yaxın “Nar” Müştəri Xidmətləri Mərkəzini yerini öyrənmək üçün nar.az/maps veb səhifəsinə keçə, 777 Çağrı Xidmətinə zəng edə, və ya “Nar”ın sosial media səhifələrinə yaza bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Texnologiya
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR
- “Nar” 5G sürətini Sumqayıta gətirdi!
- “Nar”ın tərəfdaşlıq etdiyi Baku Open 2023 Şahmat turnirinin qalibləri bəlli oldu - FOTOLAR
- “Nar” dan yeni xidmət: “İmzalı zəng”
- “Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 939 dəfə oxunub
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 938 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 923 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 910 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 906 dəfə oxunub