Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran şəhərində “Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması” adlı layihəsini yekunlaşdırmışdır. Layihə çərçivəsində 20 nəfər gənc Lənkəran şəhərində 3 gün müddətinə “Turizm bələdçiliyi” mövzusunda həm nəzəri, həm də praktik təlimlərdə iştirak etmişlər. Belə ki, gənc iştirakçılar 2 gün müddətində Lənkəran şəhərində mütəxəssis tərəfindən keçirilən “Turizm bələdçiliyi” təlimində aktiv iştirak etmiş, növbəti 3-cü gün isə Lənkəran rayonunun mədəni-tarixi abidələrinə səfər etməklə təlimlərdə nəzəri olaraq öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı qazanmışlar.
Layihənin məqsədi: Karyerasının başlanğıcında olan gənclərin mədəni turizmin inkişafına yönəldilmiş turizm bələdçiliyi istiqamətində nəzəri və praktik məlumatlılığını təmin etməklə onlarda bu sahənin inkişafına maraq oyatmaq və həvəsləndirmək. Eləcə də maddi gəlirləri aşağı gənclərin turizm bələdçiliyi sahəsində məlumatlılığını artırmaq, rəqabətə davamlı və keyfiyyətli turizm xidmətlərinin göstərə bilən peşəkar kadrlar hazırlamaq yoluyla bölgə gəncləri arasında işsizlik probleminin həllinə dəstək olmaqdır.
Layihənin rəhbəri Samir Axundov qeyd edir ki, Təlimlərdə praktik fəaliyyətlərin olması daha effektiv nəticələrin əldə edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir və bu səbəbdən keçirilən layihə hazırlanma konsepti, təşkilatçılıq və əldə edilən nəticələr baxımından rayonun digər gənclərinin də marağına səbəb olmuş və növbəti bənzər təşəbbüslərdə iştirak üçün İntellekt təşkilatına müraciətlər qeydə alınmışdır.


















Texnologiya
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR
- “Nar” 5G sürətini Sumqayıta gətirdi!
- “Nar”ın tərəfdaşlıq etdiyi Baku Open 2023 Şahmat turnirinin qalibləri bəlli oldu - FOTOLAR
- “Nar” dan yeni xidmət: “İmzalı zəng”
- “Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 939 dəfə oxunub
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 938 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 923 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 910 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 906 dəfə oxunub