“Nar” 5G sürətini Sumqayıta gətirdi!

“Nar” ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, “Nar” 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi 34 ünvanında yerləşən “Nar” mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər.
İlk dəfə 5G şəbəkəsinə qoşulan “Nar” abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.
"Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq”, - deyə “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.
Qeyd edək ki, hal-hazırda keyfiyyətli və kəsintisiz “Nar” şəbəkəsi ölkə ərazisinin 98%-ni, əhalinin isə 99%-ni əhatə edir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Texnologiya
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
- “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!
- “Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub - FOTOLAR
- “Nar” “Stevie” mükafatına layiq görüldü
- “Nar” dan yeni xidmət - NaviMax GPS izləmə imkanı
- “Nar” gəncləri nitq bacarıqlarını gücləndirməyə dəvət edir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1057 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1031 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1022 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1020 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1016 dəfə oxunub