“Nar” yenilənmiş diler mağazasını Şəki şəhərində təqdim etdi. İstiqlaliyyət prospekti 177/20 ünvanında fəaliyyət göstərən mağazada sərfəli “Nar” təkliflərindən və yüksək müştəri xidmətlərindən yararlanmaq mümkündür.
Mağazanın açılışında “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke ilə yanaşı şirkətin rəhbər heyəti iştirak edib Əsas məqsəd yerlərdə abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların istək və tələblərini öyrənməkdir.
Bütün ölkə ərazisində keyfiyyətli zəng və internet xidmətlərini hər kəs üçün əlçatan edən “Nar”, paytaxtla yanaşı, bölgələrdə də mağazalarını yeniləyir. 2024-cü ildə mobil operator daha 17 bölgədə yeni konspetli “Nar” mağazalarını təqdim etməyi planlaşdırır.
Sizə yaxın olan “Nar” mağazalarının ünvanlarını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub