Sərfəli qiymətlər təklif edən “Nar” “Dinlət” xidmətini yeni aktivləşdirən abunəçilər üçün 1 ay müddətinə ödənişsiz təqdim edir. Xidməti aktiv edəndən sonra abunəçilər dinlet.az platformasına keçid etməklə istədikləri musiqi parçasını seçə bilərlər.
“Dinlət” xidməti abunəçilərə “Nar” nömrəsinə daxil olan zəng zamanı qarşı tərəfin standart zəng səsi əvəzinə dinləməsi üçün musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları təyin etməyə imkan verir.
Abunəçiyə öz tərzini nümayiş etdirməyə imkan verən “Dinlet” xidməti bir zamanların ən sevilən xidmətləri olub. Yenilənən “Dinlət” xidməti isə artıq daha geniş seçim və yeni funksiyalar təqdim edir.
Xidmətdən pulsuz istifadə etmək üçün *606*1#YES şifrəsini yığmaq lazımdır. Qeyd edək ki, 1 aylıq ödənişsiz müddət bitdikdən sonra xidmət avtomatik deaktiv edilir. Ətraflı məlumatı nar.az/senin-ucun/dinlet/ səhifəsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub