Abunəçilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərində Xiaomi və Tecno smartfonlarının ən məhşur modellərini təqdim edir. Ramazan bayramı münasibətilə 10-14 aprel tarixlərində Xiaomi və ya Tecno smartfonlarını nağd ödəniş və ya BirKart kart ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim əldə edəcəksiniz. Digər bir üstünlük isə, bu smartfonların alıcılarına 12 ay pulsuz mobil internet və bir illik zəmanət verilməsidir.
Bundan əlavə, operatorun sərfəli qiymət strategiyasına uyğun olaraq, abunəçilər BirKart ilə ödəniş edərkən Xiaomi və ya Tecno modellərini ayda cəmi 10,3 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərlər. Təklif olunan ən sərfəli cihazın qiyməti cəmi 185 AZN-dir.
“Nar” mağazalarında smartfon satışı ilə yanaşı, mobil telefonlar üçün müxtəlif cihaz və aksessuarlar, telefon nömrələrinin satışı və bərpası, eləcə də digər xidmətlər təklif olunur. Operatorun müştəriyönümlük strategiyasına uyğun olaraq, “Nar” abunəçiləri bu yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətə yararlana bilərlər.
Nar mağazalarının siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı nar.az saytında əldə etmək olar.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub