Sərfəli qiymətləri və hər kəsə uyğun təklifləri ilə tanınan “Nar” təhsil istiqamətində uzunmüddətli sosial layihələrinə davam edir. Azərbaycanın mobil rabitə sahəsinin yerli peşəkarlara dayanaraq inkişaf etməsi üçün “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir.
“Nar” və Azərbaycan Texniki Universitetinin (AzTU) 10 ilə yaxındır ki, davam edən əməkdaşlığı çərçivəsində universitetin texniki istisaslar üzrə təhsil alan tələbələri “Nar” texniki heyətinin təşkil etdiyi rabitə təlimlərində iştirak edir, “Nar” laboratoriyasında əyani dərslər keçir və “Nar”ın təcrübə proqramına qoşulur.
Qeyd edək ki, “Nar”ın texniki heyəti yerli peşəkarlardan formalaşır və bu tendensiyanı qorumaq məqsədilə, “Nar” ilin əvvəlində daha bir texniki istiqamətdə ixtisaslaşmış ali təhsil müəssisəsi – Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb.
“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub