iPhone 17 Air prototiplərinin qalınlığının 5-6 mm arasında olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, iPhone 16-nın qalınlığı 7,8 mm-dir.
"Apple"ın gələn il "iPhone 16 Plus"u "iPhone 17 Air" ilə əvəz edəcəyi barədə çoxdan şayiələr var, çünki Plus modeli şirkətin hər il buraxdığı dörd model arasında ən aşağı satışlara malikdir.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, "iPhone 17 Air" çox nazik iPhone olacaq.
O qədər nazikdir ki, SİM kart yuvası olmayacaq.
Üstəlik, SİM kart yuvasının olmaması nazik iPhone dizaynından istifadənin yeganə nəticəsi deyil. Bildirilir ki, "Apple" mühəndisləri də batareya tutumunu azaltmamaq üçün digər modellərdə standart olan ikinci dinamikdən imtina etməli olacaqlar.
![]()
Mənbə onu da qeyd edir ki, iPhone 17 Air-də ilk dəfə olaraq Apple-ın öz 5G modemi olacaq.
Hazırda ən nazik iPhone 6,9 mm qalınlığında iPhone 6 olaraq qalır. Mövcud seriyada isə ən nazik iPhone 16 Plus 7,6 mm-dir.
iPhone 17 modellərinin 2025-ci ilin sentyabrında buraxılması nəzərdə tutulur.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub