“YouTube” daha bir yeniliyə imza atıb.
Mynews.az xəbər verir ki, dünyanın ən çox ziyarət edilən video və yayım platforması olan “YouTube” süni intellektlə dəstəklənən avtomatik dublyaj funksiyasını genişləndirib. Bildirilir ki, yenilik yüz minlərlə məlumat və təhsil yönümlü kanallar üçün əlçatan edilib. Bununla belə, funksiya bütün kanalları əhatə etmir. Şirkətin məlumatına görə, yeni funksiya müxtəlif məzmunu əhatə edən kanallar üçün də əlçatan olacaq.
Qeyd edək ki, yeni funksiya sayəsində ingilis dilində yüklənmiş videolar fransız, alman, hind, italyan, ispan, indoneziya, yapon və portuqal dillərinə tərcümə olunur. Bildirilir ki, video bu dillərdən birində hazırlanıbsa, onun yalnız ingilis dilinə dublyajı mümkündür. Yeni funskiya video yüklənmə zzamanı avtomatik yaradılır. Lakin dublaj dərc edilməzdən əvvəl məzmun yaradıcıları tərəfindən nəzərdən keçirilə və ya silinə bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub