Bu antivirus proqramları sizdə də varsa, tez silin

824
Bu antivirus proqramları sizdə də varsa, tez silin

Antivirus proqramları qüsursuz deyil. Bəzən içərilərindəki kiçik bir xəta təhlükəsizlikdə problemlər yarada bilər.

Ancaq bəzi “antivirus” proqramları məhz təhlükə yaratmaq üçün proqramlaşdırılır.

Publika.az bu cür prorqamlaşdırılan 5 antivirus proqramını təqdim edir.

1. Mac Defender

Bu proqram Mac Protektor, Mac Sekyuriti, Mac Quard, Mac Şield kimi də tanınır. Macda hər hansı qorumaya ehtiyacınızın olmadığını deyənlər yanılır. Bu iddia 10 il əvvəl də keçərli deyildi, indi də belədir. Macda özünüzü qorumaq üçün Mac Defenderdən istifadə etməyin. İnternetdə olarkən qarşısınıza çıxan bir pəncərədə istifadə etdiyiniz cihazda virus olduğunu yazılacaq. Bu virusdan qurtulmaq üçün 59 dollar ödəməli olduğunu bildirilir. Bunu etsəniz kartınızın soyulmasını gözləməlisiniz.

2. Security Essentials 2010

“Security Essentials 2010”u “Microsoft Security Essentials” ilə qarışdırmayıb. Rusiyada yaradılan bu saxta proqram videoları izləyərkən “vacib Fləş yenilənməsi” kimi qarşınıza çıxacaq. Əlbəttə, bu proqram həmin funksiyanı yerinə yetirmir. Əksinə, internetə qoşulduğunuz cihazı viruslarla doldurur.

3. MS Antivirus

Bu proqram ANG Antivirus, XP Antivirus, Total Security, AVASoft Professional Antivirus adları ilə də tanınır.

MS Antivirus, “Security Essentials 2010” və Mac Defender qədər zərəli olmasa da, onu yüklədiyiniz halda açılan sonsuz pəncərələrdə size təhlükəsizliklə bağlı xəbərdarlıq edib, müəyyən ödəmələr də tələb edə bilər. Bu proqramın silinməyə qarşı müqaviməti olduğundan, bəzən onu cihazdan silmək heç də asan olmur.

4. Privacy Center

Bu proqram isə Seyfeti Senter və Prayvasi Komponent olaraq da tanınır. Bu adı görən hər kəsdə onu kompüterə yükləmək istəyi yaranır. Amma bu zərərdən başqa bir işə yaramır. Proqram o qədər zərərlidir ki,kompüterə qoşulan USB portların belə yararsız hala gətirə bilər.

5. WinFixer

“WinFixer” 2009-cu ildən bu vaxta qədər aktiv olmasa da, sisteminizə qoşula bilər. Bunun isə əvəldə sadaladığımız 4 proqramdan az zərərli deyil. Bu proqramın kompüterimizə yüklənməsi isə çox asandır. Cihaz internetə qoşulanda sağ tərəfdə açılan pəncərədə “X”düyməsini sıxmaq və ya hər hansı bir yerinə vurmaqla bu zərərli proqramı sisteminizə yükləmiş ola bilərsiniz.

 

Xəbər lenti