“Nar” Yeni il bayramını uşaqlar üçün unudulmaz etmək üçün “Biz Birlikdəyik” sosial platformasının “Şaxta Baba ucqar kəndlərdə” layihəsinə əsas tərəfdaş olaraq dəstək verib.
Təşəbbüsün əsas məqsədi ucqar kəndlərdə yaşayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların üzündə təbəssüm yaratmaqdır.
Təşəbbüs çərçivəsində “Biz Birlikdəyik” komandası vasitəsilə ucqar kəndlərdə yaşayan 1000-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.
Sərfəli xidmətləri və sosial məsuliyyət təşəbbüsləri ilə bölgələrə ən yaxın mobil operator olan “Nar” bu sosial təşəbbüsə dəstək verməklə birlik, həmrəylik və qayğı dəyərlərinin güclənməsinə töhfə verir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub