USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“Bakcell”- in yeni fırıldağı istifadəçilər arasında ciddi narazılıq yaradıb 

16:05 17.01.2025
“Bakcell”- in yeni fırıldağı istifadəçilər arasında ciddi narazılıq yaradıb 
16:05 17.01.2025

Son dövrlərdə Azərbaycanda aparıcı mobil operatorlardan olan Bakcell şirkətinin abunəçilərə qarşı etdiyi hörmətsizliklər, xüsusilə də yeni fırıldaqları ciddi narahatlıqlar və narazılıqlar yaradıb.  Baksell tərəfindən abunəçilərlə razılaşdırmadan müxtəlif xidmətlər təşkil edilir və şəxslərin fikrini nəzərə almadan onların balansında vəsaitlər çıxırlar. Məsələn, şikayətçilərdən Vahab Hacıyev deyir ki, 31 dekabr 2024-cü ildə balansından 1.99 AZN silinərək əvəzində 60 dəqiqə ölkədaxili danışıq və 1 GB internet paketi aktivləşdirilib. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Baksell-in 555-in qaynar xəttinə zəng edib: “Qaynar xətt sanki Bakse-in üz qarasıdır. Zəngimə qısa cavab verib, qapadıldı. Məcbur olub, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 saylı qaynar xəttinə zəng etdim. Şikayətimin Baksel-dən olduğunu eşidən kimi, qaynar xəttin  o başında olan xanım telefonu qapadı. Görünür nazirlikdə Baksellə kəllə-kəlləyə gəlməyin onların xeyrinə olmayacağını anlayırlar. Ona görə də, şikayətləri dinləmək istəmirlər”.  

Murad adlı abunəçi qeyd edir ki, onun xəbəri olmadan “Manchester United” pullu xidmətinə abunə olunub və balansından pul silinib: “Şikayət etdim ki, xidməti bağlasınlar, ancaq xidməti bağlanmır və artıq iki aydır ki, balansımdan vəsait çıxılır”.  

Keyfiyyətsiz, ancaq baha olan internet xidmətləri  

Baksell özbaşına abunəçilərini müxtəlif xidmətlərlə yükləməklə hər ay milyonlarla manat maliyyə vəsaiti qazanır. Halbuki qeyd etdiyimiz kimi, bu qoşulmalar qanunsuzdur və abunəçilərin fikrini nəzərə almadan həyat keçirilir. Belə razılaşdırılmadan qoşulma həyat keçirilən xidmətlərdən biri də internetdir. Guya Baksell bu xidmət növü ilə abunəçilərini fasiləsiz və keyfiyyətli internetlə təmin edəcək. Lakin 10, 15, 20 manat, bəzən daha artıq vəsaitlər balanslardan tutmalarına baxmayaraq, internet xidməti arzuedilən səviyyədə olmur. Daxil olan şikayətlərdə təsdiq edir ki, abunəçilər internetin sürətinin aşağı olmasından və bəzi bölgələrdə şəbəkə problemlərindən ciddi şəkil də narazıdılar. şikayət edirlər. Qismət İsamayılov adlı istifadəçi deyir ki, Bakı şəhərinin mərkəzində belə internetin sürəti ilə bağlı ciddi problemlər yaşayır. 
 Baksell-in fırılaqları sırasında ən rüsvaçısı  “Əla CİN” tarifindən istifadə  edilməsi xidmətidir

Söhbət etdiyimiz abunəçilər qeyd edirlər ki, Baksell-in fırılaqları sırasında ən rüsvaçısı  “Əla CİN” tarifindən istifadə  edilməsi xidmətində yaranan vəziyyətdir. Abunəçilər, zənglərin hər 10-15 dəqiqədən bir kəsildiyini və hər dəfə əlaqə kəsildikdə balanslarından əlavə 7 qəpik silindiyini bildirirlər. 

Ümumiyyətlə, Baksell-in digər xidmətlərində, o cümlədən də   müştəri xidmətlərin də qeyri-peşəkarlıq hökm sürür. Belə ki, 555 qaynar xəttinə zəng etdikdə operatorlar istifadəçilərlə kobud danışır, onların şikayətlərinə etinasız yanaşır və  haqlı sullardan yayınırlar.  Bütün bu kimi özbaşınalıqlar və şikayətlə onu göstərir ki, Bakcell mobil operatorunun xidmətlərində ciddi problemlər mövcuddur. İstifadəçilərin narazılıqlarının aradan qaldırılması üçün şirkətin fəaliyyətinin yenidən qurulması  və xidmətlərinin təkmilləşdirilməsinə, keyfiyyətin artırılmasına zərurət var. 

İLHAM ƏLİYEV


Texnologiya

Xəbər lenti

300x200r