Bu gündən etibarən "Azercell" abunəçiləri aylıq istifadə haqqı ödəyəcəklər.
Mynews.az xəbər verir ki, hər ay mobil xidmətlərə (zənglər, internet, SMS və s.) 2 AZN-dən az pul xərcləsəniz, balansınızdan avtomatik olaraq 2 AZN (vergilər daxil) xidmət haqqı çıxılacaq.
Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Yəni əgər istifadəçi ay ərzində 2 AZN-dən çox xərcləsə, bu xidmət haqqı çıxılmayacaq.
Xidmət haqqı hesablanarkən "Paycell" və "Simkredit" xidmətləri nəzərə alınmır. Ay bitdikdən sonra, növbəti ay balansda kifayət qədər vəsait varsa, həmin ayın xidmət haqqı tam şəkildə çıxılacaq. Əgər balansda kifayət qədər pul yoxdursa, qalıq məbləğ hesabdan silinir və balans artırıldıqda qalan məbləğ avtomatik çıxılır.
Qeyd edək ki, "Bakcell" və "Nar Mobile" nömrələrində bu məcburi deyil. Hətta balansda 0,10 ₼ qalsa belə, məbləğ növbəti balans artımında deyil, yalnız ayın sonu çıxılacaq. "Azercell"də isə bu məcburidir və faktiki olaraq hər ay 2 manat ödənilməlidir.
2 manat faktiki vəsait qarşılığında 30 günlük bonus olaraq 25 dəqiqə şəbəkədaxili (ancaq "Azercell" abunəçilərinə) və 250 meqabayt təqdim olunur.
İmtina etmək üçün istifadəçi "Sadə" tarifinə qoşula bilər. Beləliklə, yalnız "Sadə" tarifi üçün 6 ₼ abunə haqqı ödəniləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub