“Instaqram” qısa video formatı Reels-i ayrıca proqram kimi təqdim etmək istəyir.
Mynews.az xəbər verir ki, “İnstaqram” bu həmləsi ilə Tiktok-a rəqib olmaq istəyir. “The Information”un məlumatına görə, “Instagram”ın baş icraçı direktoru Adam Mosseri yenilik barədə işçiləri ilə müzakirələr aparıb. Xəbərdə deyilir ki, “Instaqram”ın bu həmləsinin TikTok-un ABŞ-də qadağan ola biləcəyi barədə müzakirələrin aparıldığı vaxta təsadüf etməsi diqqət çəkir.
Qeyd edək ki, ABŞ-nin keçmiş Prezidenti Co Bayden TikTok-un ölkədə qadağan edilməsi barədə qərar vermişdi. Lakin Donald Tramp hakimiyyətə gələndən sonra bu məsələnin icrasını müvəqqəti təxirə salmışdı. ABŞ-də 170 milyon nəfərin TikTok-dan istifadə etdiyi deyilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub