Ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" bu il martın 10-dan köhnə telefon modellərinə xidmət göstərməyi dayandırmağı planlaşdırır.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, əsas səbəb smartfonların dəstəkləmədiyi yeni funksiyaların tətbiqinin çətinliyidir.
İlkin məlumata görə, proses 2025-ci il mayın 5-dək davam edəcək. Beləliklə, fevralın 17-dən etibarən "WhatsApp" tətbiqi artıq Android 4.4 KitKat və əvvəlki versiyaları ilə işləyən telefonları dəstəkləmir.
Proqram həmçinin artıq Samsung Galaxy S3 və Note 2 smartfonlarında, birinci nəsil Motorola Moto G, HTC One X, LG Optimus G və Nexus 4 və bəzi Sony Xperia modellərində işləmir.
Lakin may ayının əvvəlinə yaxın tərtibatçılar Apple-ın köhnə iPhone modelləri üzərində işləyəcəklər - tətbiqi iPhone 6 və iPhone 6 Plus-da yükləmək mümkün olmayacaq. Bu cihazlarda messencerdən istifadə etməyə davam etmək üçün iOS 15.1 və ya daha yeni versiyaya yeniləmək lazımdır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub