Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.
Mynews.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Andrey Biyçuk bildirib.
"Elana cavab verən şəxslərə "WhatsApp" hesablarına müvəqqəti giriş vermələrinin lazım olduğu bildirilir. Bəzən cinayətkarlar hesabın guya iş üçün, xidmətlərə qeydiyyat üçün və ya xaricdəki müştərilərlə əlaqə saxlamaq məqsədilə istifadə olunacağını deyirlər. Daha sonra istifadəçidən başqa bir telefondan girişə icazə verməsi, SMS-lə göndərilən kodu ötürməsi və hətta SIM kartını müvəqqəti təqdim etməsi tələb olunur. Bu manipulyasiyalardan sonra hesabın nəzarəti dələduzların əlinə keçir.
Daha sonra dələduzlar hesab sahibinin tanışlarına mesajlar göndərməyə başlayır və onlardan təcili pul köçürmələrini, borc vermələrini və ya şəxsi məlumatlarını paylaşmalarını istəyirlər", - deyə Biyçuk bildirib.
Ekspert əlavə edib ki, əgər həmin hesab vasitəsilə cinayət törədilərsə, pul tələb olunarsa, bu vəziyyətdə məsuliyyət hesab sahibinin üzərinə düşəcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub