“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 25-ci mövsümü başlayır. Yeni mövsümdə 13 region və 8 universiteti təmsil edən 24 komanda “Nar” kuboku uğrunda mübarizə aparacaq. Bu mövsümdə ilk dəfə olaraq Xankəndini təmsil edən Qarabağ Universiteti komandası da yarışda iştirak edəcək. Yarışı hər həftənin bazar günü saat 17:00-da İctimai Televiziyada izləmək mümkündür.
Qaydalara görə il ərzində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Nar” Kuboku, 2-ci mövsümdə isə “Bilik” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə hər kubokun qalibi, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Qeyd edək ki, elm və təhsilə dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun gerçəkləşdirdiyi digər KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub