Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə seçilən “Nar” gənclər arasında kitab oxuma vərdişlərinin təşviqinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Mobil operatorun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə “Ədibin Evi”ndə keçirilən “Kitab necə ərsəyə gəlir?” mövzusundakı müzakirələrə dəstəyi də mütaliəyə marağın artırılması və ədəbiyyatla bağlı fəal dialoqun qurulması baxımından əhəmiyyətli olub.
23 aprel tarixində baş tutan görüşdə yazıçı Aqşin Yenisey və ədəbiyyatşünas Qismət Rüstəmov gənc yazarlarla bir araya gəlib. Aqşin Yenisey hazırda üzərində işlədiyi neft mövzusuna həsr olunan kitab barədə ətraflı məlumat verib, onun yazılma prosesi, mövzu seçimi və məqsədi haqqında gənc yazarlarla fikir mübadiləsi aparıb. Qismət Rüstəmov isə müasir ədəbiyyatın gənclərlə ünsiyyətdəki rolu və aktual tendensiyalar barədə çıxış edib.
“Nar” bu təşəbbüslə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsinə, eləcə də ölkədə mütaliə mədəniyyətinin inkişafına töhfə verib. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub