Sərfəli rabitə xidmətləri ilə tanınan "Nar” indi Heydər Əliyev Beynəlxalq Aeroportunda abunəçilərinə xidmət göstərir. Yeni fəaliyyətə başlayan "Nar” satış mərkəzi həm yerli vətəndaşlara, həm də ölkəmizə gələn turistlərə rahat şəkildə mobil xidmətlərə çıxış imkanı yaradır.
24 saat fasiləsiz fəaliyyət göstərən bu mərkəz "Nar”ın ölkə üzrə müasir standartlarla qurulan satış şəbəkəsinin bir hissəsidir və ölkəmizə gələn qonaqlar, həmçinin yerli sakinlər üçün mobil nömrə əldə etmək prosesini daha da asanlaşdırır. Hava limanı kimi strateji ərazidə belə bir xidmətin təqdim olunması operativlik və əlçatanlıq baxımından müştərilər üçün mühüm üstünlük yaradır.
"Nar”ın digər satış və xidmət mərkəzləri haqqında ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.nar.az/senin-ucun/xerite/
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub