“TikTok” sosial şəbəkəsi süni intellekt dəstəyi ilə yeni “AI Alive” funksiyasını istifadəyə verib.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, hekayə bölməsinə inteqrasiya olunan funksiya istifadəçilərə statik fotoları dinamik videolara çevirməyə imkan verir.
Yeni funksiya sayəsində istifadəçi şəkil seçərək onu bir toxunuşla canlandıra bilir. Məsələn, gün batımı fotolarında səma hərəkətə gəlir və ya qrup şəkillərində animasiya effekti yaradılır. Funksiya yaradıcı hekayələri daha asan və təsirli edir.
“TikTok” təhlükəsizlik və şəffaflıq məsələlərini də nəzərə alıb. “AI Alive” ilə yaradılan videolar paylaşılmadan əvvəl avtomatik yoxlanılır, süni intellektlə hazırlandığını göstərən etiketlərlə təqdim olunur və qayda pozuntusu hallarında istifadəçilərə şikayət imkanı verilir.
Videolara əlavə olunan meta məlumatlar sayəsində onlar platformadan kənarda da süni intellekt məhsulu kimi tanına bilir.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub