“Nar” asan və sərfəli rabitə xidmətlərini artıq Füzuli şəhərindəki yeni açılan mağazasında təqdim edir. Müasir dizaynlı mağazada nömrə satışı və müştəri xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirilir.
Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazanın əməkdaşları da Füzuli şəhərinin sakinləridir.
Yeni mağazanın açılışında iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib:
“Füzuli şəhəri yenidən qurulduqca, şəhərin əhalisi artdıqca, mobil rabitə xidmətlərinə də ehtiyac artır. Günbəgün dirçələn şəhərin əhalisinə mobil rabitə xidmətlərini daha əlçatan etmək üçün yeni mağazamızı məhz Füzuli şəhərində açmaq qərarına gəldik.”
Bundan başqa, mağazanın xüsusi guşəsində Füzuli şəhəri, Mirzə Uluqbəy adına 1 saylı məktəbinin istedadlı şagirdlərinin çəkdikləri rəsmlər də nümayiş olunur. Bu rəsmlər “Nar”ın və YARAT Müasir İncəsənət Məkanının sözügedən məktəbdə “Böyük Qayıdış” mövzusunda keçirilən rəsm müsabiqəsinin seçilən əl işləridir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub