“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) müxtəlif sahələri təmsil edən yerli və beynəlxalq biznes nümayəndələri, həmçinin dövlət qurumları bir araya gətirən ənənəvi yay tədbirində rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edib.
Tədbirdə çıxış edən “Nar”ın satış departamentinin direktoru Elnur Rzazade AHK Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayaraq bildirib:
“Texnologiyanın sürətli inkişafı biznes yanaşmalarını formalaşdırır. “Nar” olaraq bu dəyişikliklərə uyğun çevik həllər təqdim edir, müştərilərimizin ehtiyaclarını əlçatan və sərfəli xidmətlərlə qarşılayırıq”.
Tədbir zamanı “Nar” kiçik və orta biznes nümayəndələri üçün nəzərdə tutulmuş telekommunikasiya həllərini təqdim edərək sərfəli və dayanıqlı xidmətlərə dair məlumat verib.
Qeyd edək ki, AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəsi olaraq fəaliyyət göstərir. 200-dən çox üzv şirkəti bir araya gətirən qurum, ölkədə biznes mühitinin inkişafı istiqamətində mühüm layihələrə imza atır. “Nar”ın AHK Azərbaycan ilə tərəfdaşlığı bu istiqamətdə qurulmuş uğurlu əməkdaşlıqlardan biridir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub