“Nar” YAŞAT Fondu ilə birgə bütün ölkə ərazisində yeni dərs ilinin ilk günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarını təbrik edib və onlara zəruri dərs ləvazimatları hədiyyə edib. Bu təşəbbüslə “Nar” şəhidlərimizin əziz xatirəsini yaşadaraq, onların övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olub.
“Nar”ın dəstəyi ilə təşkil edilən layihə çərçivəsində 792 şəhidin 1-11-ci siniflərdə təhsil alan 1365 məktəbli övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları xüsusi qürurla təqdim edilib.
“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova məktəbliləri təbrik edib və bildirib: “Məqsədimiz qürur mənbəyimiz olan şəhidlərimizin övladlarının gələcəyə ümidlə baxaraq dərslərinə daha böyük həvəslə və tam hazırlıqlı başlamasını təmin etməkdir. Bu yeni tədris ilində onlara böyük uğurlar arzulayırıq və bilirik ki, hər biri qarşıda çoxsaylı nailiyyətlər qazanacaq”. vakansiyalar
“Nar” hər zaman şəhid ailələrinə və onların övladlarına dəstək göstərməyi öz əsas dəyərlərindən biri olaraq qəbul edir. Bu layihə “Nar”ın şəhid ailələrinə qayğı göstərərək vətən qarşısında öz borcunu yerinə yetirmək istiqamətində atdığı növbəti addımdır. Operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub