Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları, yaxud 0,40 % artaraq 72,43 ABŞ dolları təşkil edib.
Mynews.az xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 70,54 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,29 ABŞ dolları və ya 0,41 % artaraq 70,89 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
1006 dəfə oxunub
2
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
975 dəfə oxunub
3
İlham Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış edir
966 dəfə oxunub
4
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
962 dəfə oxunub
5
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi
961 dəfə oxunub