Sərfəli mobil operator “Nar” Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) və “Germany Trade & Invest”in (GTAI) əməkdaşlığı ilə hazırlanan “Market Analysis Azerbaijan 2025–2026 – Industry Profiles and Investment Trends” adlı yeni nəşrin çapına dəstək olub. Bu nəşr Azərbaycanın iş dünyası nümayəndələri üçün etibarlı informasiya mənbəyi kimi ölkəmizin iqtisadiyyatında baş verən əsas inkişaf tendensiyalarını və gələcək investisiya imkanlarını təqdim edir.
Nəşr Azərbaycanın iqtisadi mənzərəsini əhatəli şəkildə təqdim edərək yerli və xarici investorlar üçün dəyərli bələdçi rolunu oynayır. Topluda ölkə iqtisadiyyatının on bir əsas sektoru – bərpa olunan enerji, neft-qaz, tikinti, kənd təsərrüfatı, səhiyyə, maliyyə, İKT, nəqliyyat, gəmiqayırma, mədən və su təsərrüfatı sahələri üzrə vəziyyət və perspektivlər ətraflı təhlil olunub. Həmçinin Qarabağın bərpası, sənaye zonaları və Bakı şəhərinin baş planı kimi istiqamətlər də ayrıca bölmələrdə işıqlandırılıb. Nəşr alman və ingilis dillərində pulsuz təqdim olunur və AHK Azərbaycanın rəsmi vebsaytından yükləmək mümkündür.
Bu layihəyə dəstək verməklə “Nar” Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq biznes əlaqələrinin güclənməsinə töhfə verməyi, həmçinin ölkədə bilik əsaslı və davamlı iqtisadi mühitin formalaşmasına dəstək göstərməyi hədəfləyir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub