Sərfəli mobil operator "Nar”ın "Çoox Şanslı” lotereyası çərçivəsində bu axşam beşinci "Haval H6 Ultra” avtomobilinin sahibi açıqlanacaq. Bununla yanaşı, daha üç "Nar” abunəçisi "Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanmaq imkanı əldə edəcək.
Qeyd edək ki, qaliblərin adları tam təsadüfi seçim əsasında müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu lotereyada ilin sonuna qədər "Nar” abunəçiləri hər gün "Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə "Haval H6 Ultra” avtomobili və finalda "Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər.
Xatırladaq ki, "Çoox Şanslı” lotereyasında iştirak etmək üçün "Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını "Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
1
Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək
1149 dəfə oxunub
2
Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək
1140 dəfə oxunub
3
“Qarabağ” Antalyada ilk oyununa çıxacaq
1123 dəfə oxunub
4
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək
1107 dəfə oxunub
5
Azərbaycanda 8 dövlət qurumu ləğv edilib
1107 dəfə oxunub